top of page

Bir Qazlı İçki = 12 Dəqiqə Az Həyat: Məşhur İçkilərin Gizli Təhlükəsi

  • May 27, 2025
  • 1 min read

Michiğan Universitetinin alimləri tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, hər bir qazlı içki (məsələn, Coca-Cola, Mountain Dew) insanın ömründən təxminən 12 dəqiqə azalda bilər.

Araşdırma çərçivəsində 5,800-dən çox qida məhsulu tərkibindəki əlavələr, yağlar, kalorilər və şəkər miqdarı nəzərə alınaraq həyat müddətinə təsiri baxımından qiymətləndirilib. Nəticələr göstərib ki, qazlı içkilər, hot-doqlar və digər işlənmiş qidalar ömrü qısaldır, halbuki banan, qoz-fındıq və bişmiş somon kimi sağlam qidalar ömrü uzadır.

Alimlər qeyd edirlər ki, gündəlik kalorilərin 10%-ni meyvə, tərəvəz, paxlalılar və qoz-fındıqla əvəzləməklə insan ömrünü təxminən 48 dəqiqə uzatmaq mümkündür.

 
 
Artboard 14 copy 2.png
Artboard 14.png
Artboard 14 copy.png
bottom of page