top of page

Hakerlər artıq no-reply@google.com rəsmi ünvanından məktub göndərə bilirlər

  • Apr 27, 2025
  • 1 min read

Updated: May 18, 2025

Diqqətli olun!

Hakerlər Google-un pulsuz hostinqində öz saytlarını yaradaraq, kifayət qədər mürəkkəb sxem vasitəsilə qurbanlara Google-un dəstək xidmətinin rəsmi poçt ünvanından məktublar göndərməyə nail olublar.

Bu məktublar hələ də bir növ fırıldaq mesajına bənzəyir, lakin hazırlıqsız istifadəçini rəsmi ünvan və Google dəstək portalının inandırıcı surətinə aparan keçid çaşdıra bilər. Əlbəttə, bu "portala" giriş etməyə çalışdıqda, sizin məlumatlarınız oğurlanacaq.

Bəs necə qorunmaq olar?

Göndəricinin ünvanını və məktubun tam mətnini diqqətlə yoxlayın. Fırıldaqçılar adətən tələsdirici və panika yaradan ifadələrdən istifadə edirlər: "Sizinlə bağlı yoxlama aparılır, təcili keçidə klikləyin" və ya "Siz 100 min mükafat qazandınız, tez düyməyə basın". Əsas qayda: heç vaxt tələsik tələb olunan keçidlərə klikləməyin və hər zaman 10 dəfə yoxlayın ki, həqiqətən həmin keçiddən keçməyə ehtiyacınız varmı.

Artboard 14 copy 2.png
Artboard 14.png
Artboard 14 copy.png
bottom of page